Qədim Misir mumiyaları portretlərinin sirri açılır - FOTOLAR

A- A A+

1800-cü illərdə Misirin Fayum şəhərində tapılan və alimlər üçün böyük maraq kəsb edən, habelə qiyməti 1,6 milyard dollara çatan mumiya portretlərinin sirri açılır. Arxeoloqlar bu portretlərdə kimlərin təsvirinin olduğu məsələsini dəqiqləşdirmək üçün tədqiqatla aparırlar.

NUHÇIXAN CNN telekanalının reportajına istinadla xəbər verir ki, bu tədqiqatlar zamanı alimlər ilk növbədə qədim Misir heykəllərində insan fiqurlarının burunlarının qırıq olmasına aydınlıq gətirmək istəyirlər. Tədqiqatçı Mari Svoboda bu sirləri açmağa cəhd göstərib. O, bu məqsədlə Los-Ancelesdəki Getty Muzeyində olan 16 eksponat üzərində araşdırmalar aparıb. Portretlərdə irigözlü mumiyalanmış insan təsvirləri eramızın 100-250-ci illərinə aid edilir. Svoboda onları təhlil edərək belə qənaətə gəlib ki, bu əsərlər Qərbdə təsviri sənət ənənələrinə ciddi təsir göstəriblər. Belə ki, həmin portretlərdə insanların həyat tərzi, fərdiləşmə elementləri, matəm ab-havası və rəssamlıq üslubu Yunan-Roma və klassik dünya rəssamlığının əsasını qoyub.

Qeyd olunub ki, Misir xəzinəsi ABŞ-a aparılmış bu sənət əsərlərindən 1 milyard dollar gəlir əldə edəcək. bu sahədə 2013-cü ildən fəaliyyət göstərən və 41 institutun yaxından iştirakı ilə 285 rəsm əsərini tədqiq edən APPEAR (Qədim boyakarlıq, araşdırma, təhlil və tədqiqat paneli) adlı tədqiqat qrupu mumiya portretlərinin üçdəbirini tədqiq edib. Onların bəzi sirləri açılsa da, bir çoxu hələ də müəmma olaraq qalır. Burada bəzi maneələr də yaranıb: portretlərin bir çoxu mumiyalardan qoparıldığında yırtılıb, yaxud onların keyfiyyəti çox aşağı olub.

Nyu-Yorkun Metropoliya Muzeyinin qədim Misir üzrə kuratoru Marşa Hill bildirib ki, bu portretlərin əksəriyyəti kiçik taxta lövhələr üzərində keyfiyyəti itmiş əsərlərdir və onların tədqiqi çox məşəqqətli işdir. Onun sözlərinə görə, təsvir olunan insanların Roma və ya Misir mənşəli olmasını da müəyyən etmək çətindir. Belə ki, portretlərin bir çox Misirin Roma imperiyasının əsarəti altında olduğu illərdə çəkilib. Bütün bu məsələləri aydınlaşdırmaq məqsədilə APPEAR dünyanın ən tanınmış alimlərini bir araya gəlməyə dəvət edib. Tədqiqatlar zamanı ultrabənövşəyi işıqlandırma, infraqırmızı şüalardan, radioqrafiyadan da istifadə olunur. O da qeyd olunub ki, bu cür portretlərdən birinin hərrac qiyməti 1 milyon dollara yaxındır.

Tədqiqatçılar Kaliforniya ştatındakı Norton Simon Muzeyində nümayiş etdirilən “Kişi portreti” və Getty Muzeyindəki “Saqqallı kişinin mumiya portreti” əsərlərini tədqiq edərkən onların paltarlarının eyni olması qənaətinə gəliblər. Svoboda bildirib ki, bu portretlərin müəllifi eyni rəssam ola bilər və 2 min il tarixi olan portretlər Misirə ticarət yolu ilə Avropadan gətirilmiş cökə ağacından olan lövhə üzərində işlənilib. Alimlər həmin təsvirlərin cəmiyyətdə yüksək statusu olan adamlara məxsus olduğu qənaətindədirlər.

Mumiya portretlərində insanların həyatda olduğu və ya ölümündən sonra təsvir edilməsi məsələsi də tədqiq edilir. Həmin insanların əksəriyyəti 20-40 yaşlar arasında olanlardır. Onların geniş və canlı gözləri də sübut edir ki, rəssamlar həmin insanları həyatda olduğu zaman təsvir ediblər. Eyni zamanda, tədqiqatçılar qeyd edirlər ki, qədim dövrdə insanlar bir çox hallarda erkən ölürdülər.

APPEAR qrupunda çalışan alimlər qeyd edirlər ki, qədim Misirin mumiya portretləri hələ bir çox sirləri qoruyub saxlayır və onları aşkar etmək üçün uzun müddət gərgin iş tələb olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: