Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində müddətli həqiqi hərbi xidmət keçən erməni əsgəri intihar edib.
NUHÇIXAN erməni KİV-nə istinadla xəbər verir ki, noyabrın 4-də axşam saatlarında buradakı hərbi hissəsinin silah otağında Ermənistan ordusunun əsgəri Erik Arutyunyan özünü güllələyib. Hərbi hospitala aparılan 19 yaşlı hərbçi yolda keçinib. Faktla bağlı hərbi hissənin istintaq şöbəsində Ermənistan cinayət məcəlləsinin “intihar həddinə çatdırmaq” maddəsi ilə cinayət işi qaldırılıb.
Ermənistan İstintaq Komitəsi də intihar faktı ilə bağlı təhqiqat apardığı barədə məlumat yayıb.