Ümumdünya Sufi Mərkəzinin təşəbbüsü ilə Daşkənddə ikinci “Nəqşibəndiyyə turizm festivalı” keçirilib.
NUHÇIXAN xəbər verir ki, festivalda ABŞ, Çin, Malayziya, İndoneziya, Türkiyə, İngiltərə, Yeni Zelandiya, Hindistan, Avstraliya və digər ölkələrdən gələn Nəqşibəndiyyə sufi təriqətinin 250 ardıcılı iştirak edib.
Festivalın keçirilməsində məqsəd məşhur Şərq mütəfəkkirlərinin İslamın inkişafında və dünya sivilizasiyasındakı roluna lazımi qiymət verməkdir.
Festival çərçivəsində Daşkənd, Buxara, Səmərqənd və Termez şəhərlərinə ziyarət-turizm turları təşkil ediləcək. Sufi təriqətinin ardıcılları Həzrət Baxouddin Nəqşibəndi, İmam Al-Buxari, Hacı Əxrar, İmam Abu Mansur al-Maturidi, Həzrət Abduxaliq Qijduvani, Xoca Mahmud Ənjir Fəqnavinin memorial komplekslərini, həmçinin Səmərqənddəki Şahi Zində kompleksini, Reqistan meydanını, Uluqbəyin rəsədxanasını və Termezdəki İmam Termezi kompleksini ziyarət edəcəklər.
Qeyd edək ki, Nəqşibəndiyyə sufi təriqəti Buxarada yaşayan görkəmli din xadimi Baxouddin Nəqşibəndinin (1218-1389) adı ilə bağlıdır. Dünyada Nəqşibəndiyyə sufi təriqətinin 40 milyondan çox ardıcılı var. Təkcə Malayziyada onların sayı 15 milyondan çoxdur.