“Sülh çeşməsi” antiterror əməliyyatı zamanı 331 ədəd mina və 891 partlayıcı maddə zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində “Sülh çeşməsi” antiterror əməliyyatı apardığı bölgədə bu günədək terrorçular tərəfindən qoyulmuş 331 ədəd mina və süni yolla hazırlanmış 891 partlayıcı maddə zərərsizləşdirilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumatda PKK və PYD terrorçuları tərəfindən yaşayış əraziləri, yollar, infrastruktur obyektlərinə yerləşdirilmiş partlayıcı maddələrin Türk Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirildiyi bildirilir.