ABŞ-ın aviatikinti korporasiyası "Boeing" bildirib ki, 2020-ci ilin yanvarında "737 MAX" tipli təyyarələrin ticarət üçün istifadəsinin yenilənməsini gözləyir.
NUHÇIXAN xəbər verir ki, bu barədə korporasiyanın saytında yerləşdirilmiş press-relizdə bildirilir.
Qeyd edilir ki, "Boeing" ABŞ-ın Federal Aviasiya İdarəsindən "737 MAX" tipli təyyarələrin ticarət istifadəsi üçün sertifikatlaşdırılmanın alınması üzrə işini davam etdirir.
Şirkətdə həmçinin bildiriblər ki, indi əməkdaşlar təyyarənin bu tipli pilotlarının təlimi üzrə yeni tələblərin son razılığının təsdiq edilməsi üzərində işləyirlər.
"Bütün dəqiq yoxlamaları diqqətə alaraq əminik ki, MAX təyyarəsi tarixdə ən təhlükəsizlərdən biri olacaq", - xəbərdə deyilir.
Daha əvvəl bildirilib ki, "American Airlines" aviaşirkəti "Boeing 737 MAX" təyyarələrinin istismarına qadağanın müddətini 2020-ci ilin 5 martına qədər uzadıb.