Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtona yola düşüb.
NUHÇIXAN xəbər verir ki, dövlət başçısı səfərlə bağlı Ankarada Esenboğa hava Limanında mətbuat konfransı keçirib.
Səfərin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə həyata keçirildiyini diqqətə çatdıran Türkiyə Prezidenti ABŞ ilə münasibətlərdəki hədəflər barədə ətraflı məlumat verib. Prezident bildirib ki, ABŞ dövlət başçısı görüşdə Suriya böhranının həlli, o cümlədən terrorla mübarizə məsələləri müzakirə olunacaq. Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə tərəfi bütün terror təşkilatlarına eyni münasibət sərgilənməsini iddia edir və dövlət sərhədi boyunca Suriya ərazisində təhlükəsizlik bölgəsinin qurulması məsələsində mövqeyini qoruyur. Prezident vurğulayb ki, ABŞ səfərindən sonra vəziyyəti rusiyalı həmkarı ilə də telefonda müzakirə edəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistləri maraqlandıran sualları cavablandırıb.