MDB-də "Tesla" avtomobilləri üçün sürətli enerji yükləmə stansiyası ilk olaraq Nur-Sultanda istifadəyə verilib
MDB-də ilk olaraq Qazaxıstanın paytaxtında ekoloji təmiz "Tesla" avtomobilləri üçün sürətli enerji yükləmə stansiyası istifadəyə verilib.
NUHÇIXAN xəbər verir ki, Tesla “Supercharger” altı super sürətli enerji yükləmə stansiyasının rəsmi açılışı “yaşıl” ekoloji standartlara uyğun tikilmiş çoxfunksiyalı kompleksdə keçirilib.
Stansiyalar Tesla markalı Model S, Model X və Model 3 elektromobillərini doldurmağa imkan verir. “Supercharger” məntəqləri Tesla avtomobilinə 80 dəqiqə ərzində 40 faizə qədər enerji yükləyə bilir.