Bu barədə Türkiyənin Dövlət Hava Limanları Təşkilatının Baş Müdirliyindən NUHÇIXAN-a məlumat verilib.
Bildirilib ki, bu ilin aprel ayında son köçürmə işlərindən sonra aeroportun fəaliyyəti qismən dayandırılıb. Belə ki, artıq bu hava limanından rəsmi və biznes uçuşları həyata keçirilir.
Plana əsasən aeroportun ərazisində inşa ediləcək “Millət bağçası”nın tikintisi üçün ərazidə yerləşən bəzi obyektlərin və binaların sökülməsinə başlanılıb. Söküntü işlərinin iki ay davam edəcəyi bildirilir.
Qeyd edək ki, ümumilikdə, 11 milyon 776 min 961 kvadratmetrlik ərazidə yerləşən bu aeroport son 18 ildə 665 milyon sərnişinə xidmət göstərib.