Almanlar heyvanların üzərində təcrübələr aparılmasına qarşı etiraz edirlər

A- A A+

Son zamanlar Almaniya vətəndaşları bu ölkədə heyvanların üzərində aparılan təcrübələrə qarşı tez-tez etiraz aksiyaları keçirirlər.

NUHÇIXAN xəbər verir ki, bu günlərdə Hamburq liman şəhərinin təxminən 15 min sakini heyvanların üzərində aparılan eksperimentlərə görə hiddətləndiklərini bildirmək və hakimiyyət orqanlarından müvafiq laboratoriyaların bağlanmasını tələb etmək üçün küçələrə çıxıb. Aksiyanın iştirakçıları “insanın dördayaqlı dostları”na qarşı qeyri-humanist münasibətdən narazı olduqlarını bildiriblər.

Hamburq sakinlərinin etirazı təsadüfi deyil: itlərin və primatların üzərində amansız eksperimentlər aparılan farmakologiya və toksikologiya laboratoriyası (FTL) məhz bu şəhərdə yerləşir.

Etiraz aksiyasının təşəbbüskarı bu laboratoriyanın keçmiş əməkdaşlarından biri olub. Həmin şəxs vaxtilə bu laboratoriyada işə düzəlib, lakin orada eksperimentlər aparıldığını biləndə şoka düşüb. O, müvafiq videokadrları sosial şəbəkələrdə yerləşdirib. Bundan sonra ictimaiyyət o qədər şoka düşüb ki, prokurorluq xüsusi araşdırma aparmağa başlayıb.

Qeyd edək ki, Aşağı Saksoniyada və Şlezviq-Holşteyndə də farmakologiya və toksikologiya laboratoriyaları fəaliyyət göstərir. FTL-dən jurnalistlərə bildiriblər ki, Hamburqdakı laboratoriya tezliklə bağlanacaq, amma bunun səbəbini açıqlamayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: