Sərmayədarlarından biri Bill Qeyts olan “Heliogen” startapı günəş enerjisindən istifadə sahəsində sıçrayışa nail olduğunu - min dərəcədən yuxarı istilik hasil edə biləcək enerji qurğusunun hazırlandığını elan edib.
NUHÇIXAN CNN telekanalına istinadla xəbər verir ki, kompaniyanın hazırladığı qurğu süni intellekt sayəsində günəş şüalarına yönələn güzgülərin vəziyyətini dəqiqliklə dəyişərək min dərəcədən yuxarı istilik enerjisi istehsal edə bilir. Bu, Günəşin səthindəki temperaturun təxminən 20 faizini təşkil edir.
İxtira sayəsində günəş enerjisi bəşəriyyət tarixində ilk dəfə sement, polad, şüşə və digər sənaye proseslərində istifadə oluna bilər. “Yaşıl” texnologiya ənənəvi yanacaqla işləyərək atmosferi zərərli qazlarla çirklədən zavodları əvəz edə və bununla da planetimizdə ekoloji vəziyyəti xeyli yaxşılaşdıra bilər. Belə ki, Beynəlxalq Energetika Agentliyinin məlumatına əsasən, bütün dünyada parnik qazlarının sənaye tullantılarının 7 faizi sement istehsalının payına düşür.
“Heliogen” kompaniyasının Baş direktoru Bill Qeyts sement, polad və digər materialların bu yolla istehsalının ənənəvi üsullardan ucuz başa gələcəyini də qeyd edib.