Rusiyada “Zetta” elektromobilinin seriya istehsalı 2020-ci ildə başlaya bilər

A- A A+

Rusiyanın elektriklə işləyən ilk avtomobilinin seriya istehsalı 2020-ci ilin birinci rübündə planlaşdırılıb, onun sertifikasiyası final mərhələdədir.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturov bildirib.

Avtomobil elektriklə işləyən universal enerji effektli mühərriklə təchiz olunub.

Tolyatti şəhərində istehsal olunacaq elektromobil - “Zetta” üçqapılı kompakt nəqliyyat vasitəsidir. Onun maksimal sürəti saatda 120 kilometrə çatır. Avtomobilin baza komplekti ilə qiymətinin 450 min rubl (təxminən 7 min dollar) olacağı planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: