“Google” şirkəti “Android” sistemində boşluqların aşkarlanması üçün 1,5 milyon dollar mükafat verəcək

A- A A+

"Google" şirkəti "Android" əməliyyat sistemində boşluqların aşkarlanması üçün mükafatların ödənilməsi proqramını genişləndirərək maksimal məbləği 1,5 milyon dollaradək artırıb.

NUHÇIXAN www.dailycomm.ru saytına istinadən xəbər verir ki, "Google" şirkəti "Pixel" qurğularında "Titan M" məsafədən müdaxilə təhlükəsizlik modulu üçün kod zəncirini aşkarlayan hakerlər üçün mükafatı 5 dəfə (1 milyon dollaradək) artırıb. "Android Security Rewards" proqramı "Pixel 4", "3a", "3a XL", "3" və 3 "XL" qurğuları üçün nəzərdə tutulub.

Bundan başqa, proqram iştirakçılarına "Android" sisteminin sonuncu olmayan versiyalarında aşkarlanan eksploytların istifadəsi üçün 500 min dollar əlavə mükafat ödəniləcək. Həmçinin ekran bloklama sistemini açmaq üçün 100 min dollaradək mükafat veriləcək.

"Titan M" məxsusi olaraq "Verified Boot", diskin şifrlənməsi, ekran bloklanmasının mühafizəsi, təhlükəsiz tranzaksiyalar və s. kimi məxfi məlumat və proseslərin emalı üçün nəzərdə tutulan ayrıca çipdir.

Hazırda ən böyük mükafatın sahibi "Pixel 3" qurğularında məsafədən kodun yerinə yetirilməsinə səbəb olan eksploytlar zəncirinə görə "Alpha Lab" şirkətinin mütəxəssisi olub. Ödəniş məbləği 201 337 dollar təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: