İstanbulu su ilə təmin edən anbarların qurumaq təhlükəsi var

A- A A+

Türkiyənin İstanbul şəhərini su ilə təmin edən su anbarlarının qurumaq təhlükəsi var. Hazırda şəhəri su ilə təmin edən anbarlarda doluluq səviyyəsi 36.15 faiz təşkil edir.

NUHÇIXAN xəbər verir ki, bu, son on il ərzində baş vermiş ikinci belə hadisədir.

Buna səbəb olaraq 2019-cu ilin payız fəslində Türkiyə ərazisində hava temperaturunun normadan yüksək olması və yağışların yağmaması göstərilir.

Bu sahə üzrə son on ilin göstəricilərinə baxdıqda, 2016-cı ilin eyni dövründə İstanbulun su anbarlarında doluluq 34.30 faiz təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: