“Hyundai Motor” üçün 105 mərtəbəli yeni bina inşa ediləcək

A- A A+

Cənubi Koreyanın tanınmış avtomobil şirkəti olan “Hyundai Motor Group”un baş ofisi üçün 105 mərtəbəli yeni inzibati bina inşa olunacaq.

NUHÇIXAN şirkətin yaydığı məlumata istinadla xəbər verir ki, gələn ilin əvvəlində paytaxt Seulda təməli qoyulacaq binanın 2026-cı ilədək istismara verilməsi nəzərdə tutulub. Artıq Seul bələdiyyəsi paytaxtda ən hündür göydələn olacaq binanın inşasına razılıq verib. Binanın smeta dəyəri barədə məlumat açıqlanmır.

Şirkətin məlumatında qeyd olunur ki, “Qlobal biznes mərkəzi” (Global Business Center) adlı binada ofislər, mehmanxana, mağazalar, sərgi zalları olacaq. “Hyundai Motor Group”un çətiri altında fəaliyyət göstərən 15 şirkətin baş ofisi də yeni binada yerləşəcək və burada təxminən 10 min işçi çalışacaq.

Qeyd edək ki, “Hyundai Motor Group”un 49 ölkədə 432 müəssisəsi və ofisi, o cümlədən 11 avtomobil zavodu fəaliyyət göstərir. Dünya üzrə ümumi işçilərinin sayı təxminən 280 min nəfər olan qrup yarandığı vaxtdan bəri “Hyundai” və “Kia” modelləri ilə 107,5 milyon ədəd avtomobil istehsal edib. Bundan başqa, “Hyundai Motor Group”un polad istehsalı və tikinti sektorunda da törəmə şirkətləri var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: