Şimali Koreya lideri Sinqapurun Baş naziri ilə görüşəcək

A- A A+

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen In ABŞ Prezidentli Donald Tramp ilə görüşdən əvvəl Sinqapurun Baş naziri Li Hsyen-lun ilə görüşəcək.

NUHÇIXAN Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə Sinqapur Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüşün iyunun 10-da keçirilməsi planlaşdırılsa da, dəqiq vaxtı və yeri barədə məlumat verilmir.

Yonhap agentliyi KXDR lideri Kim Çen Inın iyunun 10-da Pxenyandan Sinqapura yola düşdüyünü yazıb. Agentlik “Flightradar 24” uçuş izləmə saytına istinadla yazır ki, iyunun 10-da Şimali Koreya paytaxtından Sinqapura 3 təyyarə yola düşüb. Güman olunur ki, Kim Çen In bu təyyarələrin birində Sinqapura uçur. Adətən KXDR liderinin istifadə etdiyi “İL-62M” tipli “Chammae-1” təyyarə Pxenyan aeroportunu yerli vaxtla səhər 9:30-da tərk edib. Bundan başqa, “Air China” şirkətinin Pxenyan-Pekin istiqamətində uçan CA122 nömrəli “Boeing 747” təyyarəsi səhər saat 8:30-da Pxenyandan hava qalxdıqdan sonra “Flightradar 24” saytında uçuş nömrəsi CA61 göstərilməklə Sinqapura istiqamətlənib. Bu iki təyyarədən əvvəl isə Pxenyandan Sinqapura “İl-76” yük təyyarəsi yola düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: