Ermənistanın KTMT-də yaratdığı süni problem öz həllini tapıb

A- A A+

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) bir il əvvəl yaratdığı qalmaqal nəhayət ki, həllini tapıb. NUHÇIXAN BELTA agentliyinə istinadla xəbər verir ki, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas təşkilatın Bişkekdə keçirilən iclasında baş katib vəzifəsinə təsdiq olunub. O, vəzifəsinin icrasına 2020-ci il yanvarın 1-dən başlayacaq.

2018-ci ilin noyabrında Ermənistan hökumətinin keçmiş baş katib Yuri Xaçaturovu geri çağırmasından sonra KTMT-nin baş katibinin S.Zas olacağı elan edilmişdi. Lakin Xaçaturovu sabiq prezident Koçaryanla birlikdə konstitusiya quruluşunu devirməkdə ittiham edən rəsmi Yerevan buna kəskin etiraz edərək bildirmişdi ki, 2020-ci ilədək bu vəzifə Ermənistanın nümayəndəsinə məxsusdur. Sonunda KTMT-yə üzv dövlətlər erməniləri kompromisə məcbur etmişdilər və həmin vəzifəni icra etmək onun müavini Valeri Semerikova həvalə edilmişdi.

Beləliklə, ermənilərin KTMT-də yaratdıqları süni problem öz həllini tapıb. Bişkek iclasında iştirak edən dövlət başçıları Belarusun nümayəndəsini yeni təyinatı münasibətilə təbrik ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: