Böyük Britaniya kraliçası II Elizabet taxtını oğluna təhvil verəcək

134

NUHÇIXAN xəbər verir ki, Böyük Britaniya kraliçası II Elizabet taxtını oğlu şahzadə Çarlza təhvil verəcək.

 “Daily Mail” və “The Sun” qəzetlərinin verdiyi məlumata görə, 67 il ölkəyə rəhbərlik edən kraliça 18 aydan sonra hakimiyyəti böyük oğlu, 71 yaşlı Uels şahzadəsi Çarlza təhvil verəcək.

Uzun müddətdir taxtda olan kraliça II Elizabetin 95 yaşında təqaüdə çıxacağı bildirilib.

Qeyd edək ki, kraliça II Elizabet 1952-ci il fevralın 6-da 25 yaşında hakimiyyətə gəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: