Özbəkistanın qədim Xivə şəhəri 2020-ci il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunub - FOTOLAR

A- A A+

TÜRKSOY Daimi Şurasının Qırğızıstanın Oş şəhərində keçirilən 37-ci iclasında Özbəkistanın qədim Xivə şəhəri 2020-ci il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunub.

NUHÇIXAN Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Oş şəhərinin meri Taalaybek Sarıbaşev, təşkilata üzv olan dövlətlərin mədəniyyət nazirləri və nazir müavinləri iştirak ediblər.

Azərbaycanı bu tədbirdə Mədəniyyət nazirinin müavini Rafiq Bayramov təmsil edib.

Özbəkistan Mədəniyyət nazirinin müavini Kamola Akilova deyib ki, qədim Xivə Özbəkistanın incisi sayılan şəhərlərin sırasına daxildir. Xivə nə vaxtsa Xarəzm xanlığının mərkəzi olub və hazırda şəhər öz qədim tarixi simasını saxlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: