Amerikanın “Apple” kompaniyası cari ildə “iPhone” smartfonları sahiblərinin ən çox yüklədikləri mobil proqramların siyahısını dərc edib.
NUHÇIXAN Apple.com saytına istinadla xəbər verir ki, pulsuz proqramlar reytinqində ilk yeri “YouTube” video servisi, ikinci yeri “Instagram”, uçucu yeri “Snapchat” mesaj mübadiləsi servisi tutur. Siyahıda ilk beşlikdə, həmçinin qısa video çarxların hazırlanması üçün nəzərdə tutulan “TikTok” platforması və “Messenger” mesaj mübadiləsi servisi yer alıb.
“iPhone” üçün ödənişli proqramlar siyahısında isə ilk yeri mobil telefon vasitəsi ilə çəkilən fotoların redaktəsi üçün hazırlanan “Facetune” servisi tutub. “Mario Kart Tour” avtomobil yarışı simulyatoru ödənişli, “Minecraft” isə pulsuz oyunların içərisində 2019-cu ildə yüklənən ən populyarlar əlavələr olub.
Qeyd edək ki, 1976-cı ildə əsası qoyulan “Apple” kompaniyası “iPhone” smartfonlarından əlavə, “iPad” planşet kompüterləri, “iMac” kompüterləri, “MacBook” noutbukları, “iPod” musiqi pleyerləri və digər yüksək texnoloji cihazlar istehsal edir. Mənzil qərargahı Kaliforniya ştatının Kupertino şəhərində yerləşən korporasiya dünyanın ən nəhəng kompaniyalarından biridir. Onun bazar kapitalı 1,2 trilyon dollardan artıq qiymətləndirilir.