Vyana xoşagəlməz şəhərlər reytinqində üçüncü yerdədir

A- A A+

Avstriyanın paytaxtı Vyana şəhəri ən xoşagəlməz şəhərlər reytinqində üçüncü yeri tutub.

NUHÇIXAN xəbər verir ki, “İnterNations” şirkətinin hazırladığı “Expat City Ranking 2019” hesabatı təxminən 20 min ekspatın (digər ölkələrdə ixtisasları üzrə çalışan xarici mütəxəssislər) rəyləri əsasında tərtib olunub. Vyana müxtəlif araşdırmalarda ən yaşamalı şəhərlər sırasında ön cərgədə dayansa da, ekspatlar qeyri-səmimi və qeyri-gülərüz münasibətdən şikayətçi olublar. Rəyi soruşulanların bir qismi (45 faiz) bu şəhərdə özlərinə yeni dostlar tapmaqda və yeni mühitə alışmaqda çətinlik çəkdiklərini qeyd ediblər. 38 faiz isə Vyana sakinlərinin əcnəbilərə qarşı qeyri-səmimi münasibətdə günahlandırıblar. Respondentlərin böyük əksəriyyəti (63 faiz) isə burada yerli dili bilmədən gündəlik həyatda çətinliklər yaşadıqlarını etiraf ediblər.

Ekspatlar üçün ən xoşagəlməz şəhərlər siyahısında Vyanadan sonrakı yerlərdə Əl-Küveyt və Paris dayanır. Ekspatların təcrübəsində ən xoşagələn şəhərlər isə Asiya şəhərləri olub. Taypey, Kuala Lumpur, Hoşimin və Sinqapur şəhərləri iş şəraiti, həyat keyfiyyəti, yaşayış xərcləri və digər kateqoriyalarda yüksək xal toplayaraq bu siyahıda ön sıralarda yer alıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: