ABŞ-ın “Pantone” tədqiqat institutu 2020-ci ilin əsas rəngini seçib.
NUHÇIXAN-ın məlumatına görə, bu ada klassik göy rəngi layiq görülüb.
Məlumatda qeyd olunur ki, bu rəng ölümsüz və sakit çalardır, alatoran səma haqqında düşüncələrə sövq edir.
Qeyd edək ki, “Pantone” institutu 2000-ci ildən ilin rəngini seçir.
2019-cu ildə bu ada “canlı mərcan” rəngi layiq görülmüşdü.