ABŞ-ın CNN xəbər şəbəkəsi 2019-cu il üçün dünyanın ən gözəl küçələrinin siyahısını hazırlayıb.
NUHÇIXAN xəbər verir ki, siyahıda Yunanıstanın Mikonos adasında yerləşən Matoyanni küçəsi də yer alıb. Matoyanni Nyu-yorkun, Londonun, Parisin küçələri ilə rəqabət aparır. CNN-nin tərtib etdiyi siyahıya görə dünyanın ən gözəl küçələri aşağıdakılardır: Djinli, Çendu, Çin; “Convent Avenue”, Harlem, Nyu-York, ABŞ; Lombard-strit, San Fransisko, ABŞ; Kaminito, La Boca, Buenos-Ayres, Argentina; Fəlsəfə xiyabanı, Kyoto, Yaponiya; “Flask Walk”, Xempsted, London, İngiltərə; “Umbrella Sky Project”, Aqeda, Portuqaliya; “Blue City”, Codxpur, Hindistan; Monsoro meydanı, Paris, Fransa; “Hosier Lane”, Melburn, Avstraliya; Neva prospekti, Sankt-Peterburq, Rusiya; “The Royal Crescent”, Bat, İngiltərə; Via dey Koronari, Roma, İtaliya; Xerştrasse, Bonn, Almaniya; Matoyanni, Mikonos, Yunanıstan; “The Dark Hedges”, “Bregagh Road”, Antrim, Şimali İrlandiya.