ABŞ aviatənzimləyicisi “Boeing”dən 3,9 milyard dollar tələb etmək niyyətindədir

A- A A+

ABŞ-ın Federal Aviasiya İdarəsi 133 təyyarədə keyfiyyətsiz detallar quraşdırdığına görə “Boeing” korporasiyasından cərimə qismində 3,9 milyard dollar tələb etmək təklifini irəli sürüb.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Federal Aviasiya İdarəsinin bəyanatında deyilir. “Boeing” kompaniyasının qurumun təklifinə cavab verməsi üçün 30 gün vaxtı var.

Federal Aviasiya İdarəsi iyun ayında “Boeing” korporasiyasına məxsus 737 MAX və 737 NG sərnişin laynerlərinin bəzi hissələrinin düzgün istehsal edilmədiyi və onların dəyişdirilməli olduğu barədə məlumat yaymışdı.

Xatırladaq ki, “Boeing” kompaniyasının 737 MAX ailəsindən olan laynerlərinin iştirakı ilə baş verən və 346 nəfərin həyatına son qoyan iki qəzadan sonra dünyanın bütün aviakompaniyaları bu model təyyarələrin istifadəsini dayandırıb və onlar üçün öz hava məkanlarını bağlayıb. “Boeing” kompaniyasının rəhbəri Dennis Melenberq qəzadan öncə hər iki təyyarənin MCAS (Maneuvering Characteristics Augmentation System – Manevr xarakteristikasını yaxşılaşdırma sistemi) sisteminin işində nasazlıq olduğunu etiraf edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: