Xidməti və xüsusi pasport sahibi olan Türkiyə vətəndaşları 2020-ci ildən etibarən Avropa İttifaqına üzv ölkələrə səyahət edərkən xüsusi “icazə” alacaqlar.
NUHÇIXAN xəbər verir ki, həmin “icazə”nin alınması şərtləri Şengen vizasına görə daha asandır. Belə ki, viza alınmasında lazımi sənədlər xidməti və xüsusi pasport sahiblərindən tələb olunmayacaq. Onlar xüsusi sistemdən qeydiyyatdan keçərək Avropaya səyahət edə biləcəklər.
Xüsusi “icazə”nin etibarlılıq müddəti 3 ildir.