“Huawei” gələn ildən cihazlarına öz əməliyyat sistemini quraşdırmağı planlaşdırır

A- A A+

Çinin “Huawei Technologies” kompaniyası gələn ildən başlayaraq istehsal etdiyi qurğuların əksəriyyətinə özünün “Harmony OS” əməliyyat sistemini quraşdırmağı planlaşdırır.

NUHÇIXAN xəbər verir ki, Reuters agentliyinin kompaniyanın mətbuat xidmətinə istinadla yaydığı məlumata əsasən, bu qurğular həm daxili, həm də xarici bazarda satışa çıxarılacaq.

Kompaniya “Harmony OS” əməliyyat sistemini öz smart-saatlarında, virtual reallıq qurğularında və digər aparıcı texnoloji məhsullarında istifadə etməyə hazırlaşır. Bu əməliyyat sistemi ilə işləyən ilk qurğu “Honor Vision” televizoru olub.

“Huawei” hələlik əməliyyat sistemini məşhur məhsullarda – smartfon, planşet və kompüterlərdə istifadə etməyəcək. Həmin qurğular əvvəlki kimi, “Android” sistemi ilə çalışacaq.

Çin kompaniyası gələcəkdə tədricən ABŞ-ın “Google” şirkətinə məxsus “Android” sisteminə alternativ olan “Harmony OS” əməliyyat sisteminə keçməyi düşünür. Bu, Pekin və Vaşinqton arasında ticarət mübahisələri ilə bağlı riskləri xeyli azaltmağa imkan verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: