Macarıstanın Debretsen şəhərində BMW zavodunun tikintisinə gələn ilin yazında başlanacaq.
NUHÇIXAN xəbər verir ki, ştatın təşkili ilə məşğul olan komanda artıq işçi heyətini formalaşdırmağa başlayıb.
“BMW Hungary” şirkətinin nümayəndəsi jurnalistlərə müsahibəsində Debretsen regionunu yeni zavod üçün ideal seçim adlandırıb.
“napi.hu” qəzeti daha əvvəl yazıb ki, buldozerlərin köməyi ilə torpaqhazırlama işləri artıq bir ildir davam edir. Yerqazan maşınlar 2 milyon kubmetr ərazini işləyib, təqribən 1,5 kilometr yeraltı kommunikasiya, habelə 11 kilometr uzunluğunda yağış-kanalizasiya xətti çəkilib. Tikinti ərazisində hər gün təqribən 200 yük avtomobili işləyir, yol şəbəkəsinin və digər infrastrukturun yaradılması ilə bağlı işlər davam etdirilir.
Gələcək istehsalatın ərazisində tikinti işlərinin aparılması üçün zəruri avadanlıq bu ilin sonunda quraşdırılacaq. Yazda dirəklərin və əsas daşıyıcı texnikanın quraşdırılmasına başlanacaq.