Mobil proqram əlavəsi saxta əsginasları aşkar edəcək

A- A A+

Macarıstan Mərkəzi Bankı xüsusi pulsuz mobil proqram əlavəsi buraxıb. Bu mobil proqram əlavəsinin köməyi ilə istənilən smartfon istifadəçisi əsginasların saxta olub-olmadığını müəyyən edə biləcək.

NUHÇIXAN xəbər verir ki, Macarıstan Mərkəzi Bankının departament rəhbəri bu yeniliyi M1 telekanalına müsahibəsində elan edib.

Hazırda Macarıstanda 500 milyona yaxın əsginas dövriyyədədir. Onlardan təqribən 1000 əsginas saxtadır.

Yaxın vaxtlarda ölkədə saxta pulla hesablaşma aparmış şəxslər saxlanmışdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: