“Boeing” şirkəti “737 MAX” tipli təyyarələrin istehsalını dayandırır

A- A A+

“Boeing” şirkəti gələn ilin yanvarından etibarən “737 MAX” tipli avialaynerlərin istehsalını dayandırmaq qərarına gəlib.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumatda deyilir ki, sertifikatlaşdırma 2020-ci ilə qədər təxirə salındığından “Boeing” şirkəti “737 MAX” tipli təyyarələrin istehsalını gələn ilin yanvarından dayandırır. İstehsalın azaldılması mövcud təyyarələrin tədarükünə diqqət yetirməyə imkan verir.

Xatırladaq ki, “737 MAX” model təyyarələrin uçuşları martda, iki ardıcılı aviaqəzadan sonra dayandırılıb. Qəzalara səbəb kimi düzgün işləməyən proqram təminatı göstərilib.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında İndoneziyada “Lion Air” aviaşirkətinə məxsus, bu ilin mart ayında isə “Ethiopian Air” aviaşirkətinə məxsus təyyarələrin qəzaya uğraması nəticəsində ümumilikdə 346 nəfər ölüb. “Boeing” bu çatışmazlıqları aradan qaldırıb və pilot təlim proqramını yeniləyib.

İkinci qəzadan sonra ABŞ Mülki Aviasiyası Federal İdarəsi təyyarələrin sertifikatlaşdırılmasının yoxlanışına başlayıb. Yoxlama bitənə qədər bu modelin ABŞ-da bütün uçuşları qadağan edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: