Dünyanın ilk üzən atom elektrik stansiyası (AES) “Akademik Lomonosov” Rusiyanın şimal-şərqindəki Çukotka Muxtar Dairəsinin Çaun-Bilibin enerji şəbəkəsinə elektrik enerjisi verməyə başlayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Rosatom” Dövlət Korporasiyası məlumat yayıb.
Bildirilir ki, “Akademik Lomonosov”un generatorları sahildəki elektrik şəbəkəsinə qoşulub və elektrik enerjisinin istehsalına başlayıb.
Üzən AES 2020-ci ilədək Pevek şəhərinin istilik sisteminə qoşulması planlaşdırılır.
“Akademik Lomonosov”un da işə düşməsi ilə Rusiyadakı AES-lərin sayı 11-ə çatıb.