Türkiyənin Giresun vilayətinin Bulancak rayonunda pilotsuz uçuş aparatı istehsal edəcək zavodun tikintisinə başlanılıb.
NUHÇIXAN xəbər verir ki, Bulancak rayon bələdiyyəsinin bu barədə yaydığı açıqlamada yeni zavodda mülki və hərbi sahələrdə istifadə ediləcək pilotsuz uçuş aparatlarının istehsal olunacağı bildirilir.
Türkiyədə pilotsuz uçuş aparatlarının istehsalı Milli Müdafiə Nazirliyinin icazəsi əsasında həyata keçirilir. Ölkədə istehsal olunan hərbi təyinatlı aparatlar sınaqdan uğurla çıxıb. Bu aparatlar avtomat silah, gecəgörmə və sair cihazlarla təchiz olunublar.