Qara dənizi və Mərmərə dənizlərini bir-birinə bağlayacaq Türkiyənin “Kanal İstanbul” layihəsinin həyata keçirilməsi məqsədilə 2011-2019-cu illər arasında ölkənin 200-ə yaxın mütəxəssisi 33 elmi sahə üzrə araşdırma aparıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilir ki, aparılan araşdırmalar zamanı ölkənin 97 müxtəlif bölgəsində ölçü, 304 nöqtəsində isə 17 min metr dərinliyədək qazma işləri görülüb. Bundan əlavə, layihənin hazırlıq işləri zamanı zəlzələ analizi, şəhər-regional planlaşdırma, iqtisadiyyat, mədəni irs, ekologiya, yol hərəkəti idarəçiliyi olmaqla, müxtəlif sahələrdə əhatəli tədqiqatlar aparılıb. Araşdırma işlərinə Türkiyənin Boğaziçi, Orta Doğu Texnik, İstanbul Texnik, Gazi, Başkent, Atılım, Çankırı Karatekin universitetlərindən 200-ə yaxın mütəxəssis cəlb olunub.