BMW 312 min avtomobili geri çağırır

A- A A+

Almaniyanın məşhur şirkəti BMW Çin bazarında satdığı 312 min avtomobili yanacaq çənindəki qüsurlara görə geri çağırır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb.

Bildirilir ki, dekabrın 27-də başlayacaq proses çərçivəsində “BMW Group”un Çindəki müştərək müəssisəsi olan “BMW Brilliance Automotive”in 2011-2016-cı illərdə istehsal etdiyi BMW 3-cü seriya modelindən müxtəlif modifikasiyalı avtomobillər geri çağırılacaq.

Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, nasaz çənlər yanacaq çatışmazlığına, o da öz növbəsində təhlükəsizlik risklərinin çoxalmasına səbəb ola bilər.

“BMW Brilliance Automotive” nasaz detalları öz hesabına dəyişəcəyini bəyan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: