NUHÇIXAN-ın məlumatına görə, "AvtoVAZ" istehsalçısı bütün model cərgəsinin qiymətlərini orta hesabla 2,3 faiz qaldıracaq.
Ən çox qiymət artımı - 3,8 faiz - "Vesta" sedanına şamil olunacaq. Satış üzrə lider "Qranta" ailəsinə məxsus sedanların qiyməti 2,5 faiz artırılacaq. "Lada" 4x4 avtomobilllərin qiymətləri 2,9 faiz, cərgənin ən bahalı modeli "Lada Vesta Sport"un qiyməti isə 1,5 faiz qaldırılacaq. Ən az artım isə xetçbek "Lada Xray"də - 0,8 faiz olacaq.
Digər avtomobil istehsalçıları qiymət artımını elan etdiklərinə görə, "AvtoVAZ"ın qiymət artımı Rusiya bazarındakı payına təsir etməyəcək.
"AvtoVAZ", 2018-ci ildə montaj konveyerindən 560 mindən çox avtomobil buraxaraq Rusiyanın ən nəhəng minik avtomobili istehsalçısı olaraq qalmaqdadır.
Xatırladaq ki, "AvtoVaz" qrupu "Renault-Nissan-Mitsubishi" alyansına daxildir.