Qazaxıstan Dubayda keçiriləcək EXPO-2020 sərgisinə 24 milyon dollar xərcləyəcək

A- A A+

Qazaxıstan 2020-ci ildə Dubayda keçiriləcək “Zehinləri birləşdirmək, gələcəyi yaratmaq” mövzulu EXPO-2020 sərgisinə 9 milyard təngə (23 753 788 ABŞ dolları) xərcləyəcək.

NUHÇIXAN xəbər verir ki, sərgidə Qazaxıstan pavilyonunun hazırlıq işləri görülür. Pavilyonun hazırlanması üçün əvvəlki illərdə dövlət büdcəsindən təxminən 9 milyard təngə ayrılıb.

Qeyd edək ki, 2020-ci il oktyabrın 20- dən 2021-ci il aprelin 10-dək davam edəcək Dubayda keçiriləcək “Zehinləri birləşdirmək, gələcəyi yaratmaq” EXPO 2020 sərgisində Qazaxıstan pavilyonunun tikintisi üçün sahəsi 3,420 kvadratmetr olan ən böyük ərazilərdən biri ayrılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: