Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatı yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə əlaqədar 28 dekabrı matəm günü elan edib.
NUHÇIXAN xəbər verir ki, qəza nəticəsində 15 nəfər həlak olub. Ölənlər arasında “Informburo” xəbər portalının jurnalisti Dana Kruqlova da var.
Araşdırmalar davam edir.