Rusiya Türkiyənin əlavə olaraq S-400 zenit-raket kompleksləri alacağına ümid bəsləyir.
NUHÇIXAN xəbər verir ki, bunu “Rossiya-24” kanalına müsahibəsində Rusiya Baş Nazirinin müavini Yuri Borisov deyib.
O bildirib ki, Rusiya silah bazarında satış həcminə görə dünyada ikinci yeri tutur və hazırda uzunmüddətli perspektivdə 55 milyard dollar məbləğində daimi sifariş yerinə yetirir. Rusiya hər il təxminən 15 milyard dollar dəyərində silah satır.