Çalmers Texniki Universitetinin və Stokholm Universitetinin alimləri zərərli tullantıların filtrasiyası zamanı karbon qazının parçalanması üçün yeni material işləyib hazırlayıblar.
NUHÇIXAN Çalmers Texniki Universitetinə istinadla xəbər verir ki, yeni materialın çoxlu üstünlükləri var. O, davamlıdır, karbon qazını yaxalama sürəti yüksək, istismar xərcləri isə aşağıdır.
İqlim dəyişmələrinə qarşı mübarizə çərçivəsində karbon qazının aşkarlanması üçün bu növ texnologiyaların yaradılması çox diqqətəlayiqdir və elmi dairələrdə diskussiyalara səbəb olur.
Yeni material böyük sayda mikroməsaməli alümosilikatlarla doymuş bioloji əsaslı hibrid köpükdən ibarətdir.
Qeyd edək ki, tədqiqatların nəticələri “ACS Applied Materials & Interfaces” elmi jurnalında dərc edilib.