Türkiyə Müdafiə Nazirliyi Sarıqamış şəhidlərinin xatirəsinə həsr edilmiş videoçarx yayıb - VİDEO

A- A A+

Türkiyə Müdafiə Nazirliyi Sarıqamış hərəkatının 105-ci ildönümü ilə əlaqədar verioçarx hazırlayıb.

NUHÇIXAN xəbər verir ki, “Zamanı donduraraq tarix yazanların xatirəsinə” ithaf olunan “Sarıqamış” adlı ekran əsəri Nazirliyin rəsmi internet səhifəsində yayılıb.

Videoçarxda Birinci Dünya müharibəsi zamanı Osmanlı ordusuna aid, eləcə də Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin müasir görüntülərini əks etdirən kadrlar yer alıb.

Qeyd edək ki, 1914-cü il dekabrın 22-dən 1915-ci il yanvarın 15-dək davam edən Sarıqamış hərəkatı havaların qarlı və kəskin şaxtalı keçməsi səbəbindən böyük faciəyə səbəb olub. Osmanlı dövlətinə və türk xalqına sarsıdıcı zərbə olan bu faciənin acısı xatirələrdən silinməyəcək. Türkiyə xalqı şəhidlərinin xatirəsini hər zaman ehtiramla yad edir.

Hər il olduğu kimi, bu il də Türkiyənin Qars vilayətinin Sarıqamış bölgəsində şəhidləri anma yürüşü keçirilib. Doqquz dərəcə soyuqda Qars vilayətinin Sarıqamış rayonu ərazisində yerləşən Soğanlı və Allahu-Əkbər dağları arasındakı Kızılçubuk zirvəsinə yürüş edən insanlar şəhidlərin xatirəsinə ehtiram göstəriblər.

Sarıqamış şəhidlərinin xatirəsinə ehtiram olaraq ölkə ərazisində çoxsaylı anma mərasimləri təşkil edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: