Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsinin İranda qəzaya uğramasının ilkin səbəbi məlum olub.
NUHÇIXAN yerli mətbuata istinadla xəbər verir ki, İranın Avtomobil Yolları və Şəhərlərin İnkişafı Nazirliyinin İnformasiya və əlaqələr mərkəzinin rəhbəri Qasim Bixi mətbuata açıqlamasında qəzaya səbəb kimi təyyarənin mühərrikinin alışmasını söyləyib. Onun sözlərinə görə, mühərrikdə baş verən yanğın sonradan alovlandığından təyyarə qəzaya uğrayıb.
Mərkəzin rəhbəri bəzi xarici KİV-lərin təyyarənin səhvən İranın hava raketi ilə vurulmasına dair yaydığı xəbərlərin doğru olmadığını bildirib.