Türkiyənin şərq bölgəsində bəzi yerlərdə qarın hündürlüyü 5 metrə çatıb.
NUHÇIXAN xəbər verir ki, bir sıra kəndlərlə əlaqə kəsilib. Yolları qardan təmizləmək üçün ağır texnika cəlb olunub.
Adana bölgəsinin Pozantı rayonu ərazisində baş verən qar uçqunu kömür mədənində uçqunun yaranmasına səbəb olub. Nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb, bir nəfər isə itkin düşüb.
Qarın davamlı yağması bir sıra çətinliklərə baxmayaraq, qış turizmi bölgələrindəki istirahət şəraitini yaxşılaşdırıb. Xüsusilə xizəksürmə məkanlarına turistlərin axını artıb.