Türkiyənin Anadolu xəbər agentliyinin yaranmasının 100 illiyi münasibəti ilə xatirə poçt markaları buraxılıb.
NUHÇIXAN xəbər verir ki, Türkiyə Poçt və Teleqraf Təşkilatı tərəfindən çap edilən üç marka Anadolu agentliyinin qurucuları - Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürk, Halidə Ədip Adıvar və Yunus Nadi Abalıoğlunun adlarına hazırlanıb. Markaların üzərində bu tarixi şəxsiyyətlərin fotoları əks olunub.
Qeyd edək ki, qazı Mustafa Kamal Atatürkün tövsiyə və tapşırıqları ilə yaradılan Anadolu agentliyi bu il aprelin 6-da yüz yaşını qeyd edəcək. Türkiyə Böyük Millət Məclisindən 17 gün əvvəl fəaliyyətə başlayan agentlik ötən yüz ildə çətin və şərəfli yol keçərək, dünya informasiya məkanında özünə layiqli yer qazanıb.