UNESKO Baş direktoru Odri Azule Daşkəndin bu il “Dünyanın kitab paytaxtı” elan olunması ideyasını müsbət qarşılayıb.
NUHÇIXAN Özbəkistan mətbuatına istinadla xəbər verir ki, bu ideya ölkənin İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin nümayəndə heyətinin Parisdə Odri Azule ilə görüşündə razılaşdırılıb.
Agentliyin rəhbəri Komil Allomjonov bildirib ki, görüşdə özbək jurnalistlərinin və bloqerlərinin beynəlxalq layihələrdə iştirakı, onların ixtisaslarının artırılması, təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib.
Odri Azule UNESKO-nun “Beynəlxalq informasiyadan ümumi istifadə günü”nə həsr olunan ilk konfransının Özbəkistanda keçirilməsi təklifini də müsbət qarşılayıb.