Çin Tibb Elmləri Akademiyasının alimləri yaşıl çayın insan sağlamlığına müsbət təsir etdiyini bildiriblər.
NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, çinli alimlər 100 min insan arasında monitorinq apararaq, yaşıl çay istifadəçilərinin böyü əksəriyyətinin infarkt, xərçəng və iflic riskindən uzaq olduqlarını müəyyənləşdiriblər. Alimlərin 7 illik müşahidələri nəticəsində məlum olub ki, yaşıl çaydan mütəmadi istifadə edən şəxslər digərlərindən daha sağlam və uzunömürlüdürlər.
Çin alimi Donqfenq Gu bildirib ki, yaşıl çayın kişilərə müsbət təsiri qadınlarla müqayisədə daha çoxdur. O qeyd edib ki, yaşıl çay ürək-damar sistemində yarana biləcək problemlərin qarşısını alır.