Aral dənizi yaxınlığındakı Muynak şəhəri dünyanın ən dəhşətli yeri adlandırılıb - FOTOLAR

A- A A+

Aral dənizi yaxınlığındakı Muynak şəhəri dünyanın ən dəhşətli yeri adlandırılıb.

NUHÇIXAN xəbər verir ki, Özbəkistanın Qaraqalpaq Respublikasında yerləşən, “Gəmilər qəbiristanlığı” adını alan Muynak şəhəri “Fox News” jurnalının “Dünyanın ən dəhşətli yerləri” siyahısına düşüb.

Keçən əsrin 70-80-ci illərinə qədər Muynak Aral sahillərində liman şəhəri kimi tanınıb. Aralın quruması isə ekoloji və iqtisadi fəlakətə çevrilib. Bu gün dənizin 90 faizi quruyub, suyun dibi isə pas atmış gəmilərin quma batdığı səhraya çevrilib.

Xatırladaq ki, Aral 1960-cı ildə dünyada sahəsinə görə dördüncü göl sayılıb. Son 40 ildə onun sahəsi 2-3 dəfə kiçilib, suyun səviyyəsi 18 metr aşağı düşüb. Suyun duzluluğu artdığına görə balıq ehtiyatları tamamilə tükənib. Güclü külək qumu sovuraraq uzaq yaşayış məntəqələrinə qədər aparıb və beləcə ekoloji fəlakət zonası yaranıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: