Danimarka alternativ və bərpa olunan enerji mənbələrindən istifadə məqsədilə Şimal dənizində süni ada yaratmaq niyyətindədir.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, 2030-cu ilə qədər yaradılması planlaşdırılan adada salınacaq parkda külək generatorları yerləşdiriləcək. Əldə olunacaq enerji müxtəlif ehtiyaclar, xüsusilə də elektrik avtomobillərinə enerji yükləmək üçün istifadə ediləcək. Layihənin 10 milyon insanın enerji ehtiyacını ödəməsi nəzərdə tutulur.