Ermənistanda H1N1 tipli “A” qripindən (“donuz qripi”) bir nəfər ölüb.
NUHÇIXAN yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, ölümün A/H1N1 virusundan baş verməsi laborator tədqiqatlar nəticəsində təsdiqlənib.
Nazirliyin məlumatına görə, yanvarın 11-nə olan məlumata əsasən, ölkədə kəskin respirator infeksiya ilə tibb müəssisələrinə müraciət edənlərin 668 nəfəri xəstəxanalara yerləşdirilib. Onların da 97,9 faizi 18 yaşadək olan uşaqlardır.
Hazırda 31 xəstə reanimasiya şöbəsindədir və onlarında əksəriyyəti 5 yaşınadək uşaqlardır.