Ermənistanın baş naziri istintaq komitəsində ifadə verib

A- A A+

Ermənistanın baş naziri Nikol Paşinyan ifadə vermək üçün bu gün istintaq komitəsinə gedib.

NUHÇIXAN Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə Paşinyan özünün Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, ölkənin fəaliyyətdə olan rəhbəri Ermənistan tarixində ilk dəfə olaraq istintaq komitəsinin çağırışı ilə gəlir və müstəntiqin kabinetində sualları cavablandırır.

Baş nazir hansı iş barədə ifadə verdiyini açıqlamayıb.

Paşinyan istintaq komitəsinin binasından çıxdıqdan sonra jurnalistlərin suallarına cavab verməkdən imtina edib. News.am internet portalının məlumatına əsasən, baş nazirin dindirilməsi 40 dəqiqə çəkib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: