Qazaxıstan Daxili İşlər Nazirliyi vətəndaşları xarici qeydiyyatda olan nəqliyyatları qeydiyyatdan keçməyə çağırır. Bu gün ölkəyə Ermənistan, Qırğızıstan, Belarus və Rusiyada qeydiyyata alınmış 170 mindən çox nəqliyyat vasitəsi gətirilib.
NUHÇIXAN xəbər verir ki, Ermənistan və Qırğızıstandan gətirilən avtomobillərə sözügedən ölkələrin Avrasiya İqtisadi İttifaqı üzvlüyü ilə bağlı keçid müddəaları nəzərə alınmaqla, onların istismarına dair ittifaqa üzv dövlətlərinin ərazilərində fəaliyyətinə ciddi məhdudiyyətlər qoyulur.
Məsələn, qeyd olunan ölkələrdə 2014-cü ildən 2020-ci il yanvarın 1-dək qeydiyyata alınmış avtomobillər yalnız Qırğızıstan və Ermənistanda daimi yaşayan şəxslər tərəfindən gömrük rüsumları, vergilər ödənilmədən və gömrük rüsumlarının ödənilməsini təmin etmədən Qazaxıstan ərazisinə müvəqqəti gətirilə bilər.
Qazaxıstan vətəndaşları üçün bu ölkədə Qırğızıstan və Ermənistanda qeydiyyata alınmış nəqliyyat vasitələrinin gətirilməsinə və istifadəsinə yalnız nəqliyyat vasitəsinin gömrük bəyannaməsi, rüsum, vergilərin ödənilməsi və Qazaxıstanda nəqliyyat vasitələrinin sonrakı qeydiyyatı şərtilə icazə verilir. Ona görə də Qazaxıstanda Avrasiya İqtisadi İttifaqına üzv ölkələrdən gətirilən avtomobilləri qeydiyyatsız sürməyə icazə verilməyəcək.