“AvtoVaz” modernləşmiş “Lada 4x4” avtomobillərinin satışına başlayıb - VİDEO
Rusiyanın “AvtoVaz” konserni modernləşmiş “Lada 4x4” avtomobillərinin satışına başlayıb.
NUHÇIXAN şirkətin yaydığı məlumata istinadla xəbər verir ki, “Lada 4x4” modelinin 3 və 4 qapılı variantları yeni iqlim sistemi, daha rahat oturacaqlar, “Era-QLONASS” sistemi, yeni səs və vibrasiya izolyasiyası paketi və digər yeniliklərlə təchiz edilib.
“Lada Granta” 2019-cu ildə Rusiyada ən çox satılan avtomobil model olub. İkinci yeri isə “Lada Vesta” modeli tutub.