Yaponiyanın nəhəng avtomobil korporasiyası Toyota uçan taksi istehsalı ilə məşğul olan Joby Aviation kompaniyasına 394 milyon dollar investisiya yönəldir.
NUHÇIXAN xəbər verir ki, bu barədə məlumat yapon konserninin yanvarın 16-da yayılan bəyanatında yer alıb. “Hava daşımaları Toyotanın uzunvədəli hədəfidir. Biz hələlik avtomobil biznesində işimizi davam etdiririk, hazırkı saziş bizə nəzərimizi səmaya yönəltmək imkanı yaradır. Biz Joby ilə birgə aviadaşıma məsələsini həll etmək və nəqliyyat sferasında yeniləşmə potensialını inkişaf etmək niyyətindəyik”, - deyə Toyotanın prezidenti Akio Toeda bildirib.
Tərəflərin əməkdaşlığa dair daha konkret planları bir müddət sonra elan olunacaq. Qeyd edilir ki, uçan taksinin yeni prototipini onlar birlikdə hazırlaya bilirlər.
Joby Aviation hazırda uçan taksinin S4 elektrik mühərriki ilə işləyən altı rotorlu S4 modelinə malikdir. Bu nəqliyyat vasitəsi dörd sərnişini təxminən 200 kilometr məsafəyə apara bilir. Kompaniya, həmçinin 12 rototlu taksinin hazırlanması üzərində işləyir.